Maliyyə məlumatlarınızı sistemli mühasibat registrləri və əlaqəli hesabatlarla idarə edin.
Biznesinizi
rahat idarə edin.
Müştəriləri, satışları və maliyyəni bir yerdən idarə edin. E-sayar gündəlik işlərinizi sadələşdirir.
Azərbaycan dilində.
Biznesinizə uyğun.
E-sayar Azərbaycan biznesləri üçün hazırlanmış idarəetmə platformasıdır. Müştəri əlaqələrindən gündəlik əməliyyatlara və maliyyə hesabatlarına qədər işlərinizi bir yerdən idarə etməyə kömək edir.
Siz qazanın, biz sayaq.
Şirkət, istifadəçi, rol və icazələri vahid, nəzarət edilən iş mühitində birləşdirin.
Məlumatlara çıxışı rol, icazə və aktiv sessiyalar səviyyəsində idarə edin.
Azərbaycan dilində aydın interfeys gündəlik əməliyyatları daha rahat yerinə yetirməyə kömək edir.
Uçot məlumatlarını nizamlı saxlayın, əvvəlki qeydləri Excel vasitəsilə sistemə daşıyın.
İnternet bağlantısı olan yerdən müştəri, əmlak və maliyyə məlumatlarınıza çıxış əldə edin.
Biznesin hər əməliyyatı
bir-biri ilə əlaqəlidir.
Dağınıq cədvəllər və ayrı-ayrı proqramlar əvəzinə, şirkətinizin əsas proseslərini bir platformada toplayın.
Çoxşirkətli idarəetmə
Bütün şirkətlərinizi vahid hesabdan idarə edin, məlumatları ayrılmış və nizamlı saxlayın.
- Şirkətlər
- İstifadəçilər
- Sessiyalar
Komanda və tərəfdaşlar
İstifadəçi, rol, icazə, sessiya və kontragent məlumatlarına tam nəzarət edin.
- Rollar və icazələr
- Kontragentlər
- Giriş nəzarəti
Satış və alışlar
Gəlir və xərcləri sənədləşdirin, müqavilə və tərəfdaşlarla əlaqələndirin.
- Mal və xidmətlər
- Müqavilələr
- Alış və satış
Bank və kassa
Bank hesabları və nağd pul hərəkətlərini bir mərkəzdən izləyin.
- Bank əməliyyatları
- Kassa əməliyyatları
- Pul hərəkətləri
Mühasibat uçotu
Manual jurnal yazılışları və ikitərəfli mühasibatla dəqiq uçot aparın.
- Jurnal yazılışları
- İkitərəfli uçot
- Hesablar planı
Sistem və məlumatlar
Sistem parametrlərini və gündəlik iş üçün lazım olan istinad məlumatlarını mərkəzləşdirin.
- Sistem ayarları
- İstinad məlumatları
- Excel transferi
Müştərilər üçün CRM
Hər müştərini tanıyın, hər satışın gedişini görün. Əlaqələr, tapşırıqlar və satış tarixçəsi komandanız üçün bir yerdə olsun.
Müştəri bazası
Əlaqələri və müraciətləri bir yerdə saxlayın. Yeni müraciəti satış fürsətinə çevirin.
Satış mərhələləri
Hər satışın hansı mərhələdə olduğunu və kimə həvalə edildiyini izləyin.
Tapşırıqlar və xatırlatmalar
Zəng və görüşləri planlaşdırın. Qeydlər və sənədlər müştəri kartında qalsın.
Satış nəticələri
Qazanılmış satışları, gözləyən işləri və komandanın nəticələrini görün.
Müştəri idarəetməsindən ayrıca və ya mühasibatla birlikdə istifadə edin.
3 otaqlı mənzil
Əmlaklar üçün CRM
Əmlak agentlikləri üçün gündəlik işləri asanlaşdırın. Elanları, müştəri tələblərini, baxışları və komissiyaları bir yerdən idarə edin.
Əmlak portfeli və sahiblər
Satış və kirayə elanlarını, qiymətləri, sahiblərin əlaqələrini və əmlakın xüsusiyyətlərini qeyd edin.
Müştəriyə uyğun əmlak
Büdcə, rayon, sahə və otaq sayına görə uyğun əmlakları və potensial müştəriləri tapın.
Baxışlar və təkrar əlaqə
Baxış vaxtını planlaşdırın, müştəri rəyini qeyd edin və növbəti əlaqəni unutmayın.
Sövdələşmə və komissiya
Razılaşdırılmış qiyməti, depoziti və agent komissiyasını bir yerdən izləyin.
Əməliyyatdan
maliyyə hesabatına.
Hər əməliyyat ikitərəfli uçot məntiqi ilə qeydə alınır. Maliyyə vəziyyətinizi sistemli və əlçatan hesabatlarla izləyin.
Qərarlar təxminlə deyil,
göstəricilərlə verilsin.
Sahibkar analitikası gəlir, xərc, mənfəət və pul axınını anlaşılan göstəricilərə çevirir.
Mövcud məlumatlarınız
sizinlə gəlsin.
Əvvəlki uçot qeydlərinizi Excel şablonları vasitəsilə sistemə köçürün. Əl ilə təkrar məlumat daxil etmədən E-sayar ilə işə başlayın.
Doğru məlumat,
doğru istifadəçidə.
Rol, icazə və sessiya nəzarəti ilə komanda üzvlərinin yalnız ehtiyac duyduğu bölmələrə girişini təmin edin.
Biznesiniz üçün faydalı yazılar
E-sayar imkanlarını gündəlik iş nümunələri ilə tanıyın.

Bütün müştəri məlumatları bir kartda
Telefon, e-poçt və əsas məlumatları ayrı cədvəllərdə axtarmayın, hər müştərini bir kartda saxlayın.

Müştəriyə uyğun əmlakı meyarlara görə tapın
Büdcə, rayon, sahə və otaq sayına görə müştəriyə uyğun əmlakları, əmlaka uyğun müştəriləri tapın.

Satış çoxdur, bəs nəticə nə qədərdir?
Seçilmiş dövrün gəlir və xərclərini birlikdə görün, biznesin real nəticəsini satış məbləğindən ayırın.
Biznesinizi
bir platformadan idarə edin.
Biznes proseslərinizi bir mərkəzdə toplamaq üçün E-sayar imkanlarını kəşf edin.